banner
banner

Sosİal

UNEC onlayn idarəetməyə keçdi

UNEC onlayn idarəetməyə keçdi

Distant təhsil modelini uğurla reallaşdıran Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) idarəetməni bütövlükdə online sistemə keçirdi. Başqa sözlə, son beş ildə UNEC-də qurulmuş e-Universitet modelinin idarəetmə modulu da tətbiq edilməyə başlandı.

UNEC rektoru, professor Ədalət Muradovun iştirakı ilə onlayn rejimdə universitetin prorektorları, dekan və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən iclasda rektor 31 Mart - Azərbaycanlıların soyqırımından söz açaraq, 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlardan danışıb. Rektor məhz ümummilli lider Heydər Əliyevin ciddi təşəbbüsü və qərarı nəticəsində erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verildiyini diqqətə çatdırıb.

Rektor Ədalət Muradov Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımda iştirakına və göstərdikləri sosial həmrəyliyə görə UNEC nümayəndələrinə təşəkkürünü bildirib.

Mövcud durum nəzərə alınaraq, UNEC-in bütün fəaliyyətinin onlayn təşkil edildiyi qeyd olundu. Elektron universitet modelinin tətbiqini UNEC-in uğuru adlandıran rektor, bu modelin rektorluq və dekanlıqların online fəaliyyətini, yay semestri də daxil olmaqla bütün dərslərin müəllimlərin yerləşdiyi məkandan interaktiv tədrisini, imtahanların online təşkilini, təkrar ali təhsilə və əcnəbilərin online qəbulunu, kargüzarlıq işləri və sənəd dövriyyəsinin elektron olaraq məsafədən təşkilini və idarə olunmasını, elektron kitabxananı, universitet əməkdaşları, tələbələrin suallarının cavablandırılması xidmətini, müəllim və tələbələrini bir platformada birləşdirən vahid kommunikasiya sistemini, UNEC-də fəaliyyət göstərən bütün komissiyaların online fəaliyyətini, müəllimlərin reytinginin müəyyən edilməsinin online sistemini, məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə unec.edu.az və UNECNEWS saytlarını, eləcə də e-Universitetin fəaliyyətilə bağlı yarana bilən problemlərin operativ həll olunması məqsədilə onlayn servis xidmətini özündə ehtiva etdiyini bildirdi.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.