banner
banner

Gündəm

Maskasız küçəyə çıxanlar cərimələnəcəkmi? - Operativ Qərargahdan cavab

Maskasız küçəyə çıxanlar cərimələnəcəkmi?

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilir.

Mətbuat konfransında çıxış edən Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov ölkədə tibbi maska istehsalı ilə bağlı görülən işlərin son mərhələdə olduğunu deyib.

İ.Məmmədov qeyd edib ki, artıq tibbi maska və digər qoruyucu vasitələrin hazırlanması üçün ölkəyə xammal gətirilib.

Konfransda tibbi maskasız evdən çıxan vətəndaşların cərimələnməsi ilə bağlı da məsələyə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyinə aydınlıq gətirib.

Əziz Baqişev deyib ki, maska taxılması karantin rejiminin tələbidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.