İnsanlar arıqlamaq üçün əməliyyat olunur, uzun müddət müxtəlif pəhrizlər saxlayırlar. Lakin bəzən bunların heç biri istənilən nəticəni vermir, əksinə bir müddət sonra həmin insanlar atdıqları çəkini artıqlaması ilə geri alırlar. Halbuki, sağlam qidalanmaqla insanlar həm istədiklərini yeyə bilər, həm də normal bədən çəkisini saxlaya bilərlər. Faydalı, eyni zamanda çəkini artırmayan çərəzləri təqdim edir.
Kişmiş və ləbləbi qarışığı - Bu qarışım qida dəyəri yüksək bir çərəz kimi aclığınızın qarşısını alacaq.
Fındıq və kişmiş - Fındıq sizə artıq çəkini atmağa kömək edəcək. Üzüm ilə birlikdə yeyiləndə isə dəmir və flavonoidlərlə zəngin olan bu qarışıq orqanizmdə metabolozmanın sürətləndirir.
Qoz - Omeqa-3 ilə zəngin olan bu çərəz sizi həm tox tutacaq, həm də metabolizm prosesini sürətləndirərək bədəndəki piylərin daha tez əriməsinə kömək edəcək. Bundan başqa, qoz insanın gümrahlığını və enerjisini, qavrama qabiliyyətini artırır. Müəyyən vaxtlarda bir ovuc qozu 1 ədəd alma və ya hər hansı başqa təzə meyvə ilə yemək daha sürətlə arıqlamağa kömək edir.
Pendir, çörək və mayonezli sendviç - Pendir və çörəyə göyərti və çiy tərəvəz də əlavə edilərsə, bu zaman metabolizm prosesini sürətləndirərək arıqlamağa kömək edir.
Ayran - Qazlı və şəkərli içkilərlə müqayisə olunmayacaq dərəcədə faydalı içkidir. Həddən artıq tərləyərək bədənimizin çox su itirdiyi vaxtlarda isə soda ilə qarışdıraraq içmək daha faydalıdır.
Süd - Südü soyuq deyil, bir az isti içmək insanı daha uzun müddətə tox tutur.
Südlə acı şokolad - Xoşbəxtlik hormonlarını artıran şokolad həm də metabolizma prosesini sürətləndirir. Südlə birlikdə müəyyən miqdarda şokolad isə artıq çəkini daha sürətlə itirməyə kömək edir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.