banner
banner

Sosİal

BNA: Sağlamlığında problem olan sürücülər xəttə buraxılmır

BNA:

"Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərin sağlamlığının qorunması istiqamətində tədbirlər görür".

"Report" xəbər verir ki, bunu qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev onlayn dərs və videokonfrans tətbiqi olan "Zoom" vasitəsilə təşkil etdiyi mətbuat konfransında deyib.

"Avtobuslarda sürücülərlə sərnişinlər arasında şəffaf arakəsmələrin yaradılması istiqamətində işlər aparılır. Bundan başqa, sürücülər hər gün reysdən qabaq yoxlamalardan keçirilir, onların bədən hərarəti, təzyiqləri yoxlanılır. Sağlamlığında azacıq problem olan sürüclər xəttə buraxılmır. Hələ ki, belə bir məqamla rastlaşmamışıq. Eyni zamanda yaşı 65-dən yuxarı olan sürücülər xəttə buraxılmır. Sərnişinlər düşünməlidir ki, ciddi səbəb olmadan evdən çıxmaqla sürücüləri də təhlükə altında qoyurlar”, - M.Ağayev əlavə edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.