Haftar qüvvələri Tripolini raketlə vurdu: azyaşlı öldü
Liviyada qiyamçı Xəlifə Haftara bağlı qüvvələr paytaxt Tripolinin cənubunda mülki əhalinin yaşadığı bölgələrə raket zərbələri endirib.
Axar.az xəbər verir ki, Sidi Səlim məhəlləsində evə düşən raket bir qadının həyatına son qoyub.
Raketlərdən birinin Eyn-Zara bölgəsində evə düşməsi nəticəsində isə bir azyaşlı həlak olub, dörd nəfər yaralanıb.
Qeyd edək ki, martın 21-də yeni tip koronavirusla bağlı atəşkəsin elan edilməsinə baxmayaraq, Haftara bağlı qüvvələr Tripoliyə hücumları davam etdirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.