“Acından ilan kimi qıvrılsaq da...” – Əməkdar artist
Əməkdar artist Gülzar Qurbanova sosial şəbəkədə yazdığı fikirlərlə diqqət çəkib.
Çexovdan misal gətirən aktrisa insanların çətin günləri gülərək qarşılamalı olduqlarını bildirib:
“İnsan acizliyini göstərən, lakin onu təhqir etməyən, güldürən, fəqət utandırmayan Çexov (Anton Çexov – rusiyalı dramaturq - red.) yumoru mənə deyir ki, çətinliyi yumorla, gülə-gülə qarşıla, çünki bu, mənəvi dünyamızın qəliz mərəzlərinin dərmanıdır... Neyləyim? Böyük Çexovun sözündən çıxa bilmərəm. Bəlkə, ən güclü silah budur- dodaqlarımızda gülüş gəzdirmək... Bəlkə, dünyanı ölümdən qurtaran elə gülüş olacaq? “Ağrıdan, acıdan və acından ilan kimi qıvrılsaq da, biz gülə-gülə yaşamalıyıq” bunu həm də Azərbaycanın Çexovu - İlqar Kamil deyib və mən bu şeiri mütləq səsləndirəcəyəm”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.