banner
banner

Dünya

Fransada xüsusi karantin rejimi mayın 11-dək uzadılıb

Fransada xüsusi karantin rejimi mayın 11-dək uzadılıb

“Fransada aprelin 15-də başa çatan xüsusi karantin rejimi mayın 11-dək uzadılır”.

APA TASS-a istinadən xəbər verir ki, bunu prezident Emmanuel Makron televiziya vasitəsilə xalqa müraciəti zamanı deyib.

“Biz səylərimizi davam etdirməliyik və qaydalara əməl etməliyik. Buna görə sərt karantin rejimi mayın 11-dək davam etməlidir”, - deyə prezident vurğulayıb.

Makron əlavə edib ki, mayın 11-dən etibarən ölkədə uşaq bağçaları, məktəb və liseylər açılacaq. “Lakin geniş auditoriyalar tələb edən kütləvi tədbirlər ən azı iyulun ortalarına qədər keçirilməyəcək”.

O, həmçinin ölkədə koronavirusun yayılmasının bir qədər yavaşladığını bildirib: “Birgə səylərimiz sayəsində Fransada epidemiyanın tempi azalmağa başlayır. Ölkəmizin qeyri-Avropa ölkələri ilə sərhədləri yeni bir nizama qədər bağlı qalacaq”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.