banner
banner

Sosİal

Bakının karantinli günləri

Bakının karantinli günləri

Paytaxtda gediş-gəliş əvvəlki günlərlə müqayisədə artmağa, şəhər canlanmağa başlayıb...

Rəsmi qərarla müddət uzadılmasa, Bakı 6 gündən sonra xüsusi karantin rejimindən “azad” olmalıdır. Amma paytaxt indidən qaynamağa, gediş-gəliş əvvəlki günlərlə müqayisədə artmağa, şəhər canlanmağa başlayıb.

Yuxarıda dediklərimizə bu gün Musavat.com üçün paytaxtdakı ümumi vəziyyəti öyrənərkən şahid olmuşuq.

Ötən həftəyə baxanda Bakının yollarında maşınlar indi daha çox gözə dəyirdi, avtobuslarda sərnişinlər nisbətən varıydı, taksilər hərəkətdədir, dönərxanalar, qutabxanalar sifarişlər qəbul edir, qəssabxanalar, tikinti materialları, xırdavat satılan dükanlar açıqdır, marketlər yenə öz axarında işləyir...

Evdə qalan və şəhərə ümumiyyətlə çıxmayan oxucular üçün müşahidələrimizə əsasən onu da deyək ki, xüsusi karantin rejiminin ilk günlərindəki səssizlik yoxdur.

Doğrudur, metronun “20 Yanvar” stansiyası yaxınlığında, Qələbə dairəsində, Yeni Yasamal ərazisində, Dərnəgül yolunun Bakı Olimpiya Stadionuna yaxın ərazisində polis postları qurulub.

Amma heç də hər addımbaşı vətəndaşlar saxlanılmır. Əsasən avtobus dayanacaqlarında olan sərnişinlərin işdən arayışı və icazəsi olub - olmadığı polis əməkdaşları tərəfindən yoxlanılır.

Sürücülər isə keçmiş Musabəyov heykəli, 20 Yanvar abidəsi, Qələbə dairəsi ətrafında, həmçinin şəhərin şimal və cənub giriş-çıxışlarında daha çox yoxlanılırlar.

Yol polis əməkdaşları xüsusən mikroavtobusları, yük maşınlarını saxlayıb yoxlayırlar.  Çünki son vaxtlar mikroavtobusla qanunsuz sərnişindaşıma, yükmaşınlarında rayondan Bakıya gizli şəkildə sərnişin gətirmək halları aşkarlanıb. Bundan başqa, marketlərdə heç bir təşviş, kassalar önündə növbələrə əvvəlki qədər rast gəlinmir. Sanki insanlarda karantin rejiminə qarşı bir “immunitet” yaranıb.

Kafe-restoranlar, geyim mağazaları istisna olmaqla, şəhərdəki meyvə - tərəvəz dükanları, təndirxanalar, müxtəlif kiçik köşklər işini davam etdirə bilirlər.

Bununla belə, koronavirusdan hər gün yoluxanların olduğunu anlayan insanların əksəriyyəti şəhərdə gəzərkən tibbi maska taxmağa riayət edirlər.

Gedişatdan görünür ki, bir-iki gün sonra Bakı yollarında avtomobillərin hərəkətinin daha intensiv olacağını, indikindən daha çox insanın küçələrdə gəzəcəyini görəcəyik.

Yeri gəlmişkən, aprelin 14-də Daxili İşlər Nazirliyi bu məsələ ilə bağlı xəbərdarlıq edib. DİN-in açıqlamasında deyilir ki, sui-istifadə edilərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl edilmir, küçələrdə və avtomobil yollarında intensivliyi, eyni zamanda infeksiyanın yayılma riskini artırırlar.

Vətəndaşlara evdən yalnız tibbi zərurətlə əlaqədar, ərzaq və dərman almaq, bank və poçt xidmətindən istifadə etmək məqsədilə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra çıxmaq, bu zaman fərdi nəqliyyat vasitəsindən istifadə etməmək, saat 21.00-dan sonra isə yaşadığı ünvanı tərk etməmək tövsiyə olunur.

 

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.