ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımını dayandırdığını bəyan edib.
AZƏRTAC “France24” telekanalına istinadla xəbər verir ki, Tramp bu addımı təşkilatın pis idarə edilməsinə və koronavirusla bağlı yalan məlumatlar yaymasına görə atıb.
“Bu gün mən koronavirus böhranın pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-ün roluna dair araşdırma aparılması üçün təşkilata maliyyə yardımın dayandırılması barədə göstəriş verdim”, - deyə Tramp qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidentinin vəd etdiyi “çox dərin” araşdırmalar 60-90 gün davam edə bilər.


