banner
banner

Gündəm

Xaricdə olan vətəndaşların NƏZƏRİNƏ: Onlar "evəgedirəm" portalında qeydiyyatdan keçməlidirlər

Xaricdə olan vətəndaşların NƏZƏRİNƏ:

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB rəhbəri Ramin Bayramlı iştirak edib.

İbrahim Məmmədli də karantin rejimi ilə bağlı suala cavab verib. O, bildirib ki, karantin rejiminin uzadılması və ya qismən yumşaldılması ilə bağlı qərar indidən verilə bilməz: "Biz virusa qalib gəlməmişik. Bir gün müsbət, bir gün mənfi tendensiya gedir. Son günlər virusla mübarizə ilə bağlı müsbət tendensiya bizi arxayın salmamalıdır. Gedişata uyğun olaraq qərar veriləcək".

İ.Məmmədli çarter reyslərinin həyata keçirilməsinin də planlaşdırıldığını bildirib: "Aprelin 20-dən sonra həftədə 300-400 vətəndaşımızı qəbul etmək mümkün olacaq. Onların müalicəsi, müayinəsi üçün də şərait yaradılacaq. Aprelin 17-dən etibarən yaradılan "evəgedirəm" portalında həmin vətəndaşlar qeydiyyatdan keçəcək. Onların qayıdışı mərhələli şəkildə həyata keçiriləcək".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.