Xaricdə olan vətəndaşların NƏZƏRİNƏ: Onlar "evəgedirəm" portalında qeydiyyatdan keçməlidirlər
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov və TƏBİB rəhbəri Ramin Bayramlı iştirak edib.
İbrahim Məmmədli də karantin rejimi ilə bağlı suala cavab verib. O, bildirib ki, karantin rejiminin uzadılması və ya qismən yumşaldılması ilə bağlı qərar indidən verilə bilməz: "Biz virusa qalib gəlməmişik. Bir gün müsbət, bir gün mənfi tendensiya gedir. Son günlər virusla mübarizə ilə bağlı müsbət tendensiya bizi arxayın salmamalıdır. Gedişata uyğun olaraq qərar veriləcək".
İ.Məmmədli çarter reyslərinin həyata keçirilməsinin də planlaşdırıldığını bildirib: "Aprelin 20-dən sonra həftədə 300-400 vətəndaşımızı qəbul etmək mümkün olacaq. Onların müalicəsi, müayinəsi üçün də şərait yaradılacaq. Aprelin 17-dən etibarən yaradılan "evəgedirəm" portalında həmin vətəndaşlar qeydiyyatdan keçəcək. Onların qayıdışı mərhələli şəkildə həyata keçiriləcək".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.