banner
banner

Hərbİ

Ordumuz yeni alınacaq qırıcılarla daha da güclənəcək

Ordumuz yeni alınacaq qırıcılarla daha da güclənəcək

Ehtiyatda olan polkovnik-leytenant: “Hər iki tip təyyarələr çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələridir”

Azərbaycan bu yaxınlarda işğalçı Ermənistanda həyəcan doğuran növbəti addımı atıb. Daha doğrusu, İrəvanı narahat edən budur ki, hərbi sahədə budəfəki danışıqlar da Bakı və Moskva arasında, yüksək səviyyədə aparılıb.

Belə ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin mütəxəssisləri Rusiyanın İrkutsk şəhərində SU-35 və MiQ-35 qırıcılarının istehsal olunduğu zavodlara baş çəkiblər və bu döyüş təyyarələrinin taktiki-texniki göstəriciləri ilə tanış olublar. Müzakirələr zamanı Azərbaycanın bu təyyarələri almaq marağı ifadə olunub.

Azərbaycanın Rusiyadan müasir döyüş təyyarələri almasına dair danışıqların getdiyi hələ bir neçə ay əvvəldən məlum idi. Rusiya mənbələri xəbər vermişdi ki, iki ölkə rəhbərləri arasında bu barədə anlaşma var. Lakin o zaman Azərbaycanın Rusiyanın 5-ci nəsil SU-57 qırıcılarını almağa maraq göstərdiyi deyilirdi. Hansı ki, bu qırıcıların seriya istehsalı hələ başlamayıb və Rusiya Hava Kosmik Qüvvələrinin sərəncamında məhdud sayda belə qırıcı var, amma hələ silahlanmaya rəsmən qəbul olunmayıb.

Bu baxımdan Azərbaycanın Rusiyadan 4++ nəsil F-35 və MiQ-35 qırıcılarını əldə etməsi daha real görünür. Virtualaz.org xəbər verir ki, Rusiyanın “Svobodnaya pressa” portalında bu təyyarələrin Azərbaycana neçəyə satıla biləcəyi barədə bəzi rəqəmlər irəli sürülüb. Bildirilir ki, SU-35 qırıcılarının Azərbaycana satış qiyməti 83 milyon dollardan 104 milyon dollara qədər dəyişə bilər. MiQ-35 qırıcılarını isə Moskva 45 milyon dollara sata bilərdi. Müqayisə üçün qeyd edək ki, Rusiya Ermənistana 4+ nəsil SU-30SM qırıcılarının birini 25 milyon dollara satıb. Bu zaman Ermənistanın KTMT üzvü olmasına görə qırıcıları Rusiya ordusu üçün müəyyən olunan qiymətə Yerevana veriblər. Azərbaycana isə Rusiya öz qırıcılarını bazar qiymətləri ilə təklif edəcək. “Svobodnaya pressa” bildirir ki, SU-35 və MiQ-35 qırıcıları F-22, F-35, J-20 və SU-57 qırıcılarından bir qədər aşağı göstəricilərə malikdir, amma 5-ci nəsil qırıcılara çox yaxındır. Gələcəkdə radiolokasiya sistemlərinin daha da inkişaf etməsi ilə bu təyyarələr öz göstəricilərinə görə 5-ci nəsil qırıcılara daha da yaxınlaşa bilər. Ehtimal edilir ki, Azərbaycan məhdud sayda yox, daha çox qırıcı əldə etmək istəyir. Yeni ticari anlaşma Azərbaycana hansı üstünlükləri yaradar?

“Ötən həftələrdə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin (HHQ) yüksək rütbəli mütəxəssisləri Rusiya MN-nin aparıcı hərbi-sənaye komplekslərindən biri və öndə gedənlərdən olan İrkutsk şəhərinə səfər etmişdilər. Dünyanı bürüyən koronavirus pandemiyasının olmasına baxmayaraq, peşəkar hərbi pilotlarımız və digər mütəxəssislər son vaxtlar haqqında ən çox müzakirələr açılan və müzakirə olunan Su-35 və MiQ-35 qırıcı təyyarələrinin istehsal olunduğu müəsissələrdə oldular”.

Üzeyir Cəfərov: “Erməniləri vahiməyə salan xüsusi təyinatlılarımız ...

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri Musavat.com-a açıqlamasında söylədi. Ü.Cəfərovun sözlərinə görə, demək olar ki, bu, vacib razılaşma öncəsi sonuncu yekun səfərlərdən biri və ən önəmlisi idi: “Şəxsi fikrimə görə, artıq yaxın aylarda Azərbaycan HHQ-nin tərkibində biz yeni, müasir tələblərə cavab verən MİQ-35 qırıcı təyyarələrini görə biləcəyik. Böyük ehtimalla, SU-35 qırıcıları ilə bağlı müzakirələr növbəti illərə qalacaq”. Konkret vaxtına gəldikdə, hərbi ekspert qeyd etdi ki, bunu dəqiq demək mümkün deyil. Ancaq Ü.Cəfərov budəfəki anlaşmanı yüksək qiymətləndirdi: “Burada həm adı çəkilən qırıcıların daha baha qiymətə bizə təklif edilməsi, həmçinin dünyadakı hazırkı real durumu ən əsas tormozlayıcı faktorlardan biri kimi qeyd eləmək olar. Qeyd etdiyim kimi, MiQ-35 qırıcıları ilə isə artıq ortada razılığın olmasını demək olar. Prinsip etibarı ilə həm SU-35 və MiQ-35 təyyarələri hal-hazırda dünyada ən müasir döyüş təyyarələrindən sayılır. Onlardan hər biri Azərbaycanın HHQ daha da gücləndirəcək. Hər iki tip təyyarələr çoxfunksiyalı və yüksək manevrli döyüş təyyarələridir. Onlar ən son 4++ nəslinə aiddirlər”.

Polkovnik-leytenant bildirdi ki, bu nəsil təyyarələr digərlərindən bir sıra keyfiyyətlərinə görə çox fərqlənirlər: “Bu təyyarələrin üstün xüsusiyyətlərindən biri də onların maksimal uzaq məsafəyə uçmaq imkanlarıdır. Bu göstərici SU-35 də 4500 km., MiQ-35 də isə 3500 km-dir. Hər iki təyyarədə hədəfləri aşkar etmək üçün yeni tip radiolokasiya stansiyaları quraşdırılıb. Hər iki təyyarə lokal müharibənin aparılmasında mühüm rol oynayan radioelektron mübarizə vasitələrindən ibarət rəqəmsal müdafiə kompleksləri ilə təchiz edilib. Bu, həmin təyyarələrə bütün növ müasir aviasiya silahlarından istifadə etmək imkanı verir”. Hərbi ekspert digər üstünlüklərdən də bəhs etdi: ““Hava-hava” sinfinə aid yeni R-37M səsdən sürətli raketlərlə 300 kilometr uzaqlıqda olan hava hədəflərini rahat məhv etmək imkanına malikdir. Düşmənin hava hücumundan müdafiə vasitələrinin əhatə etdiyi zonadan kənarda qalmaqla yüksək dəqiqlikli silahlarla yerüstü və suüstü hədəflərə effektiv zərbələr endirməyə imkan verir. SU-35 təyyarəsi 12, MiQ-35 təyyarəsi isə 9 ədəd müxtəlif tipli aviasiya məhvetmə vasitələri daşımaq üçün asqı nöqtəsinə malikdir. Su-35 və MiQ-35 qırıcılarının fərqləndirici xüsusiyyətlərindən biri də uzaq məsafədə eyni vaxtda bir neçə hava hədəfinin aşkar etməsi, izləməsi və məhv etməsidir. Bir sözlə, alınacaq qırıcılar HHQ-nin döyüş əməliyyatları zamanı istər Dağlıq Qarabağda, istərsə də istənilən digər ərazilərdə Silahlı Qüvvələrimizin bütün hərbi hissə və birləşmələrinə havadan dəstək olmaqla yanaşı, işğalçının yerüstü qoşun qruplaşmasını, hərbi və strateji əhəmiyyətli obyektlərini məhv etmək imkanı verəcəkdir. Hərbi mütəxəssislər bunu daha yaxşı anlayır və dəyərləndirir”.

Ermənistan da Rusiyadan qırıcılar almağa ümid edir. Sadəcə  ermənilərin imkanları o dərəcədə məhduddur ki, ancaq Rusiya qarşısındakı öhdəlikləri yerinə yetirməsinin qarşısında ancaq köhnə nəslə aid “pay” ala bilərlər...



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.