İsveç şahzadəsi Sofiya Stokholmun "Sofiahemmet" xəstəxanasında işləməyə qərar verib.
“Report”un məlumatına görə, bu barədə “Daily Mail” bildirib.
Qeyd edilir ki, o, koronavirusa mübarizəyə kömək üçün bu addımı atıb. Şahzadənin birinci "işçi" kimi şəkilləri sosial şəbəkədə yayılıb. O, fotoda xüsusi cərrah paltarındadır və gülümsəyir.
Qeyd edilir ki, Sofiya əvvəlcə bununla bağlı üçgünlük kurs keçib. Belə əlavə tibb personal pandemiya nəticəsində həkimlərin yükünün azalmasına kömək edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.