Məşhur "Sprut" serialında oynadığı Silviya Konti obrazı ilə tanınan fransız aktrisa Patrisiya Millarde vəfat edib.
Axşam.az xəbər verir ki, aktrisa 64 yaşında xəstəxanada dünyasını dəyişib. Onun yaxınları bildirib ki, Patrisiya bir neçə gün əvvəl infarkt keçirib. Həkimlər aktrisanın həyatını xilas edə bilməyiblər. O, aprelin 14-də xəstəxanada ölüb.
Qeyd edək ki, Millarde Fransa, Almaniya, İtaliya, ABŞ-da bir çox filmlərə çəkilib. O, "Elen və uşaqlar", "İsti şokolad" kimi məşhur ekran işlərində rol alıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.