İŞİD terror təşkilatı Suriya Hələb şəhərinin şimalında yerləşən “Şam Cəbhəsi”nə aid qərargahlarda kamikadze partlayışı törədib. ANS PRESS-in məlumatına görə, partlayıcı yüklənmiş avtomobillə həyata keçirilən hücum zamanı 38 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilir. “Şam Cəbhəsi”nin mətbuat sözçüsü Salih Anadani ilk partlayışın Hələbin Əzəz rayonu yaxınlığında baş verdiyini, bu zaman 30 nəfərin öldüyünü deyib. Sözçünün bildirdiyinə görə, növbəti partlayış Mari rayonu yaxınlığında baş verib, bu zaman iki nəfəri yüksək rütbəli komandir olmaqla 8 müxalifətçi ölüb. Anadani həmçinin, İŞİD qüvvələrinin müxaliflərlə döyüşdüklərini, Əsəd qüvvələrinə heç bir şəkildə hücum etmədiklərini bildirib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.