banner
banner

Şou

"Böyükadanı alacaq qədər pulum var idi"

"Böyükadanı alacaq qədər pulum var idi"

Müğənni Serdar Ortaç "2. Sayfa" proqramında 30 milyonluq evini işçilərinə vəsiyyət edəcəyini deyib.

Sənətçi xərclərinin çox olmasından şikayətlənib.

Ortaç "Niyə də etməyim? Məndən sonra rahat yaşasınlar. 30 ildir ki, 10-15 insan mənə baxır. Onlar ailəmin bir parçası olublar. Pulun heç bir önəmi yoxdur. Əsas sağlamlıqdır. Pul ilə edəcəyim hər şeyi etdim" sözlərini deyib.

Sərdar daha sonra "30 ildir səhnədəyəm. 1 lirə belə kənarda pul yığmamışam. Əvvəl Böyükadanı alacaq qədər sərvətim var idi. Bir yerə sığmayacaq qədər, xəyal edəməyəcəyiniz qədər... Nə işə yaradı ki? Gözəl əsərlər qoyub, gözəl həyat yaşamaq önəmlidir" sözlərini əlavə edib.

Müğənni yenidən əvvəlki kimi pullar qazanacağını bildirib. O deyib ki, bu dəfə hara necə xərcləyəcəyinə diqqət edəcək.

Serdar bildirib ki, keçmiş arvadına təzminat da ödəyir:

"Ömürboyu ödəməyəcəm ki, 2020-nin sonunda bitəcək. Onun təzminatından əvvəl yanımda çalışanların pulunu verirəm".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.