banner
banner

Dünya

Misirdə son sutkada koronavirusdan 20 nəfər ölüb

Misirdə son sutkada koronavirusdan 20 nəfər ölüb

Misirdə son sutka ərzində COVID-19 virusundan 20 nəfərin öldüyü bildirilir. Həyatını itirənlərin arasında Əl-Xamis onlayn portalının şöbə müdiri, gənc idman müxbiri Mahmud Riyad da var.

AZƏRTAC xəbər verir ki, Misirin Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölüm hallarının 337 nəfərə çatdığını bildirib. Qeyd olunub ki, aprelin 27-də COVID-19 virusuna 248 yoluxma halı qeydə alınıb və xəstələrin ümumi sayı 4782 nəfərə çatıb.

Bundan başqa, son sutka ərzində 60 pasiyentin sağaldığı, karantin xəstəxanalarında tam müalicə edilənlərin ümumi sayının isə 1236 nəfərə çatdığı bildirilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.