banner
banner

Sosİal

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Distant ali təhsil: Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) distant ali təhsil sahəsində qlobal müzakirələrə qoşulmaq və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə distant ali təhsillə bağlı hər il keçirilməsi nəzərdə tutulan Beynəlxalq Foruma start verir.

İlk onlayn forum may ayının 1-də saat 16:00-da keçiriləcək. Forumun moderatoru UNEC-in rektoru, professor Ədalət Muradov olacaq. Almaniya, Türkiyə, Kanada, İngiltərə və ABŞ-da yaşayan azərbaycanlı alimlərin bir platformada toplaşdığı onlayn forum azərbaycan dilində aparılacaq. Dünyanın aparıcı ali təhsil müəssisələrində fəaliyyət göstərən azərbaycanlı alimlərimiz distant təhsillə bağlı öz dəyərli mülahizələrini forumda bölüşəcəklər.

Distant ali təhsillə maraqlanan hər bir şəxs Forumda iştirak edə bilər.

Onlayn forumu UNEC-in rəsmi Facebook (facebook.com/uneceduaz) səhifəsindən, Youtube (youtube.com/unecofficial) kanalından və unec.edu.az saytından canlı izləmək və suallar ünvanlamaq mümkün olacaq.

Forumda çıxış edəcək alimləri və onların məruzələrinin mövzularını təqdim edirik:

Prof. Məsud Əfəndiyev, Münhen Texniki Universiteti, Almaniya -“Fürsət və riskləri ilə distant ali təhsil; mühazirə, seminar və qiymətləndirmə”.

Prof. İsmixan Bayramoğlu, İzmir İqtisad Universiteti, Türkiyə - “Distant ali təhsil modelində keyfiyyət və texnoloji infrastrukturun əhəmiyyəti haqqında”.

Prof. İlham Axundov, Vaterlo Universiteti, Kanada- “Distant ali təhsilin yaratdığı üstünlüklər və problemlər”.

Prof. Nigar Həşimzadə, Durham Universiteti, Birləşmiş Krallıq- “Onlayn tədris: Birləşmiş Krallıq Açıq Universitetinin təcrübəsi əsasında”.

PhD. Abbas Abbasov, Kolumbiya Universiteti, ABŞ – “Distant ali təhsilin təşkili və keyfiyyətinin ölçülməsi”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.