banner
banner

Sosİal

Avtobuslarda basabas: BNA karantin rejiminin yumşaldılmasına niyə hazırlaşmayıb?

Avtobuslarda basabas:

Aprelin 27-dən xüsusi karantin rejiminin yumşaldılması, bəzi iş yerlərinin açılması ictimai nəqliyyatda ənənəvi problemi yenidən yaradıb. İki gündür ki, avtobuslarda sıxlıq, basabas müşahidə edilir.

Musavat.com-un məlumatına görə, sərnişinlər avtobusların gec gəlməsindən, intervaldan şikayətlənirlər. Üstəlik, bu sıxlıq sosial məsafəni saxlamaq tövsiyələrinə də ziddir.

Çünki infeksionistlər də, Nazirlər Kabineti yanında Operativ Qərargah da vətəndaşlara xəbərdarlıq edir ki, təmasdan qaçın. Koronavirusun məhz təmasla yoluxduğu, təcridin ən effektli yol olduğu bildirilir. 

Lakin avtobuslardakı mənzərə heyrətamizdir: sanki Bakının marşrutları potensial koronavirus ocaqlarıdır, insanlar nəfəs-nəfəsə gedirlər. Vətəndaşlar həm Bakı Nəqliyyat Agentliyinin “BakuBus” marşrutlarından, həm ənənəvi köhnə avtobuslardan narazıdırlar.  

Üstəlik, metronun işləməməsi ikiqat yüklənməyə səbəb olub və sözügedən qurumun yumşaldılmış karantin rejiminə hazırlaşmadığı barədə tənqidlər səslənməkdədir.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Musavat.com-a təsdiqlədi ki, təbii, bəzi xidmət sahələri və iş yerlərinin fəaliyyətinin bərpa olunması sərnişin axınına təsirsiz ötüşməyib. 

Evakuatorlarla bağlı açıqlama

Onun sözlərinə görə, əvvəlki günlərlə müqayisədə bu gün səhər sərnişin axını daha yüksək olub: “Lakin qeyd etmək istərdim ki, əvvəlcədən hazırlanan fəaliyyət planı üzrə atılan addımlar sayəsində aprelin 27-si səhər saatlarında sərnişindaşıma prosesi nəzərdə tutulan qaydada icra olunub. Bildirim ki, xüsusi karantin rejimində və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərara uyğun vəziyyətlərdə sərnişindaşımaların təşkilinə dair konkret fəaliyyət planları mövcuddur”. 

BNA sözçüsü qeyd etdi ki, mütəxəssislər tərəfindən hazırlanan bu planlar konkret hesablamalara əsaslanır: “Qısa vaxtda ekspress xətlərin təşkili və bu xətlərlə bağlı tənzimləmələr, ehtimallar da məhz bu dəqiq hesablamalar sayəsində mümkün olub. Həmçinin aprelin 27-də sərnişindaşımaların nəzərdə tutulan qaydada icrası ilə bağlı hələ ötən həftədən daşıyıcılara xəbərdarlıq məktubları ünvanlanmışdı. Eyni zamanda şifahi olaraq bir daha onların üzərinə düşən məsuliyyət diqqətlərinə çatdırılıb”.

M.Ağayev bildirdi ki, sərnişin axınında artım hələ ötən həftədən özünü göstərməkdədir: “Ümumilikdə deyim ki, aprelin 13-dən hər gün artım qeydə alınmaqdadır. Keçən həftə boyunca gündəlik sərnişin axını 550-600 min arasında dəyişib. Ötən gün isə 700 minə yaxın sərnişin daşınıb. Lakin bütün bu hallar əvvəlcədən nəzərə alınıb və gündəlik olaraq artan sərnişin axını düzgün formada idarə olunub. Bir məsələni də qeyd edim, artıq iki ay olar ki, sərnişindaşımaları demək olar xüsusi rejimdə fəaliyyət göstərir. Gündəlik olaraq bütün əməkdaşlarımız, səy və qüvvələrimiz ona səfərbər olunub ki, üzərimizə düşən işin layiqincə yerinə yetirilməsinə nail olaq. Bunu etməkdə də ən əsas məqsəd, həyat əhəmiyyətli sahələrdə çalışanların daşınmasını təmin etməkdir”.

Elməddin Muradlı: “Cəmiyyət olaraq yol polisinin ləğvinə hazır ...

Avtosfer.az-ın baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı qeyd etdi ki, ictimai nəqliyyatın problemi bitib-tükənmir. Onun sözlərinə görə, istər karantindən qabaq, istər pandemiya dövründə, istərsə postkarantin dönəmi olsun, marşrutlarla bağlı problem dəyişməz olaraq qalır. 

Ekspertin fikrincə, BNA üzərinə düşəni həyata keçirir: “Biz deyə bilmərik ki, bu qurumun imkanı var, amma etmir. Yəni nə qədər qüvvəsi, resursu varsa, hamısını cəlb edib. Sadəcə, reallıq bundan ibarətdir”. 

E.Muradlı hesab edir ki, yaxın gələcəkdə Bakının marşrut probleminin köklü həlli gözlənilmir: “Bakıda 2100 avtobus var. Bundan artıq bir avtobus da yoxdur. Həm özəl şirkətlər, həm Bakı Nəqliyyat Agentliyi bütün avtobuslarını xəttə çıxarıb. 

Bizim əlavə avtobus bazamız yoxdur ki, xəttə buraxasan. Üstəlik, sərhədlər bağlanıb, yenilərini gətirmək imkanı məhduddur. 

Ona görə ictimai nəqliyyatda hələ ki çıxış yolu yoxdur. Bununla belə, insanların sıx şəkildə getməməsi üçün tədbirlər görülür. 

Yaxşı olardı ki, taksilərin fərqlənmə nişanı almasına daha geniş imkanlar yaradılsın, avtobusların yükü qismən azalsın. Çünki metronun da yükü avtobuslara yönəlib, nəticədə belə vəziyyət yaranıb”.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.