Bu gün mübarək Ramazan ayının 5-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin təqviminə görə, aprelin 29-da imsak vaxtı saat 04:03-dək, iftar vaxtı isə 19:48-dədir.
5-ci günün duası: “İlahi, bu ayda məni günahlarının bağışlanmasını istəyənlərdən qərar ver. Məni Öz saleh və itaətkar bəndələrindən, Özünə yaxınlaşdırdığın dostlarından et, mehribanlığın xətrinə, ey mərhəmətlilərin Mərhəmətlisi!”
İftar duası: “İlahi, sənin rizan üçün oruc tutdum. Sənə inandım, Sənə güvəndim. Sənin verdiyin ruzi ilə iftarımı açır və sənə təvəkkül edirəm. Ey mərhəməti çox olan Allahım, orucumu qəbul et, günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin.


