Azərbaycanlı gəncin İsveçdə futbol uğuru - FOTOLAR
İsveçdə yaşayan azərbaycanlı gənc Ayxan Cabbarlı futbol karyerası üzrə ciddi uğur qazanıb.
İsveçin “İ.F.K. Göteborg” futbol klubunda oyanayan Ayxan Cabbarlı bu gunlərdə İsveçdə tanınan bir futbol agenti - Glenn Elfving Bovin ilə 2 illik müqavilə imzalayıb. Bildirək ki, Glenn Elfing Bovin əsasən,İngiltərə və İspan kulubları ilə işləyir.
Məlumat verək ki, 2003-cü ildə Bakıda anadan olmuş Ayxan Cabbarlı, 6 yaşından peşəkar futbolla məşğuldur. O, hal-hazırda valideynləri ilə birlikdə İsveçdə yaşayır.
Valideynləri ilə birlikdə İsveçə köçməzdən öncə isə Ayxan, Azərbaycanda “Türk futbol” məktəbində, “Neftçi” və “Bakı” futbol klublarında məşq edib. Ayxan Cabbarlı həmçinin Azərbaycan Milli Futbol Komandasının 16 yaşlı üzvü olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.