Rusiya Prezidenti Vladimir Putin dövlət təhlükəsizlik orqanlarında fəaliyyəti barədə danışıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin "Mir" telekanalına müsahibəsində dövlət təhlükəsizlik orqanlarında çalışdığı zaman əsasən qeyri-leqal kəşfiyyat xətti ilə işlədiyini bildirib.
“Əlbəttə ki, biz əcdadlarımızın, atalarımızın, analarımızın, babalarımızın və nənələrimizin özlərini necə apardıqlarını xatırlamalıyıq. Hər zaman onların Vətənə necə münasibət bəslədiklərinə əsaslanmalıyıq. Xüsusən də vətən təhlükədə olan zaman. Bu irsdən çıxış edərək insanlar öz davranışlarını qurmalıdırlar. Analoji vəziyyətdə biz özümüzü necə aparardıq, bu, bizdən asılı olmalıdır. Mənim iş yerim, ali məktəbi, Leninqrad Dövlət Universitetini bitirdikdən sonra dövlət təhlükəsizlik orqanları olub. Mən, olduqca tez xarici kəşfiyyat işinə düşmüşəm. Əsasən qeyri-leqal kəşfiyyat xətti ilə işləmişəm. Orada bizi istisnasız olaraq Vətənə sədaqət ruhunda tərbiyə ediblər. Lakin, Allah eləməsin, 1941-ci ildə atalarımızın və babalarımızın düşdüyü vəziyyətə düşək”, - deyə Rusiya Prezidenti vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.