banner
banner

Gündəm

Bakıda restoranlar nə vaxt açılacaq? – Rəsmi

Bakıda restoranlar nə vaxt açılacaq? – Rəsmi

Restoranları, kafeləri uzun müddət bağlı saxlaya bilmərik.

Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

R.Bayramlı bildirib ki, pandemiya ilə mübarizədə artıq ikinci mərhələ başlanıb:

“Metro, o cümlədən, müəyyən bölgələrdə restoranlar, kafelər açılıb. Hazırda Bakıda da analoji addımların atılması üzərində iş aparılır. Amma hər şey qoyulan qaydalara əməl etməkdən asılıdır. Qaydalara əməl edilməsə, normallaşmanın qarşısı alına bilər”.

TƏBİB sədri Bakıda iaşə obyektlərinin konkret nə vaxt açılacağının dəqiq olmadığını əlavə edib:

“Hazırda bununla bağlı qaydalar üzərində iş aparılır”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.