Əfqanıstan ordusu ilə NATO qüvvələri arasında atışma olub. Nanqarxar əyalətində hökumət qoşunları ilə NATO hərbçiləri arasında baş verən atışmada 2 nəfər həlak olub, 5 nəfər yaralanıb. Koalisiya qüvvələri komandanlığının məlumatına görə, insident zamanı bir Amerika hərbi qulluqçusu öldürülüb. Əfqan polisi də öz növbəsində milli ordunun bir hərbçisinin öldüyünü bildirib. Yaralanan beş nəfərdən ikisinin amerikalı olduğu bildirilir. Atışma əyalət qubernatorunun möhkəmləndirilmiş iqamətgahında baş verib. Baş verənlərin səbəbi hələlik açıqlanmayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.