"Eşkiya dünyaya hükümdar olmaz" serialında rol alan aktrisa Sevcan Yaşar özündən 16 yaş böyük sevgilisi, aktyor Sermiyan Midyatdan fiziki və mənəvi şiddət gördüyünü bildirmişdi.
Axşam.az xəbər verir ki, aktrisa polisə gedərək şikayətçi olub.
S.Yaşar səssizliyini pozaraq məsələ barədə danışıb:
“Mayın 4-də ayrılmaq istədiyimi dedim. Əşyalarımı yığanda şiddətə məruz qaldım. Hamama gizləndim və polisi yığdım. Bunu eşitdikdə Sermiyan qapını qırdı. Üstümə düşən qapı üzümdə və bədənimdə ciddi problemlərə səbəb oldu. Daha sonra məni təpikləməyə başladı. Daha sonra isə qolumdan tutaraq qapının qarşısına atdı”.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.