banner
banner

Dünya

İrəvanda etiraz aksiyası keçirilib

İrəvanda etiraz aksiyası keçirilib

Ermənistanın “Təsisedici parlament” təşkilatının üzvlərinin həbsinə etiraz olaraq bu gün İrəvanda etiraz aksiyası keçirilib.

Aksiyada  iştirak edənlər həbslər üçün heç bir səbəbin olmadığını bildirib, həbs olunanlara azadlıq tələb ediblər. Bundan başqa hakimiyyətin fərqli fikirdə olanlardan qorxduğunu diqqətə çatdırıblar. Bəyan edilib ki, “Təsisedici parlament”in 24 apreldə keçirmək istədiyi aksiya qüvvədə qalır.

 

Xatırladaq ki, Ermənistan xüsusi istintaq komitəsi həbs olunanları aprelin 24-də “erməni soyqırımının ildönümü” ilə əlaqədar planlaşdırılan tədbirlərdə iğtişaş törətməyi planlaşdırmaqda günahlandırır. Saxlanılanlar silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz saxlanılmasında da ittiham edilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.