banner
banner

Dünya

ABŞ-da "F35" qırıcısı qəzaya uğrayıb

ABŞ-da "F35" qırıcısı qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-35” qırıcısı Florida ştatı ərazisində qəzaya uğrayıb.

“Report” xəbər verir ki, bu barədə Florida ştatının Eglin Hərbi Hava Qüvvələri bazası məlumat yayıb.

Qırıcının pilotu katapultasiya edərək sağ qalıb.

Hadisənin səbəbi araşdırılır.

Bildirilib ki, bu son həftədə qəzaya uğrayan ikinci qırıcıdır. Ötən həftə həmin bazadan havaya qalxan “F22 Raptor” tipli qırıcı qısa müddətdən sonra qəzaya uğramışdı.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.