İŞİD terror qruplaşması 8 ay əvvəl Şimali İraqda girov götürdüyü yezidi kürdləri azad edib. Aralarında çoxlu sayda uşaq və qadının olduğu 200 nəfərlik yezidi ilə bərabər 2 xristian da terrorçular tərəfindən sərbəst buraxılıb. İraq rəsmiləri bu barədə verdikləri açıqlamada azad olunan yezidilərin səhhətində ciddi problemlər olduğunu və girovluqda olan zaman zorakılığa məruz qaldıqlarını deyib. 40-a qədər uşağın da yezidilərin müalicə edilmələri üçün Ərbilə göndərildiyi bilrilib. Qeyd edək ki, İŞİD tərəfindən Sincar bölgəsində girov götürülən onlarla yezidi ötən ilin avqust ayında terrorçuların əlindən qaçmağı bacarmışdı.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.