banner
banner

Sağlamlıq

Darçın yağının faydaları

Darçın yağının faydaları

Beyin funksiyalarına yaxşı təsir göstərir: Darçın uçucu yağı beyin funksiyaları üçün mükəmməldir. Sadəcə, beyin funksiyasını inkişaf etdirmək və beyin fəallığını artırmaqla qalmır, eyni zamanda stress, həyəcan və yaddaş itkisi ilə mübarizəyə də yardımçı olur.

Qan dövranını artırır: Darçın qan dövranını yaxşılaşdırmağa kömək edir. Darçın yağı isə, qan dövranını artıran qan durulaşdırıcı birləşmələr ehtiva edir. Bu isə daha yaxşı qan dövranı, daha az ağrı deməkdir. Bu xüsusiyyət eyni zamanda arterial xəstəliklərdən əziyyət çəkən insanlara da fayda verir və infarktın qarşısını alır.

Ürək sağlamlığına yaxşı təsir göstərir: Ürək xəstəliyi, koronar arteriya xəstəliyi və ya yüksək qan təzyiqi ilə mübarizə edənlər darçın yağına əl atır. Aparılan araşdırmalara görə, darçın yağı böyük miqdarda kalsium və lif ehtiva edir.

Bu maddələr xəstəliklərdən qoruyur və orqanizmin daha çox zərər çəkməməsini və qorunmasını təmin edir.

 

İmmuniteti gücləndirir: darçın uçucu yağı, immun sisteminin fəaliyyətini artırır. Bədən sistemlərini təhlükəyə atan kiçik və böyük infeksiyalarla və xəstəliklərlə mübarizə edir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.