“Two and A Half Men” serialının baş rol ifaçılarından olan Con Krayer illər sonra aktrisa Demi Murun sirrini açıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Con ilk dəfə aktyor Eşton Katçerin keçmiş xanımı Demi ilə birlikdə gecə keçirdiyini etiraf edib:
“Eştonun da rol aldığı serialın başlanğıcında bir dəfə şam yeməyinə çıxmışdıq. Çox qəribə gün idi. Bilmirdim ki, Demi ona bizim illər əvvəl bərabər olduğumuzu söyləmişdi, ya yox. Daha sonra özümü saxlaya bilmədim və Eştona hər şeyie tiraf etdim. O isə “Heç təəccüblənmədim” deyə cavab verdi. Mən də rahatlandım”.
Qeyd edək ki, Demi Murla Con Krayer ilk dəfə 1984-cü ildə “No Small Affair” filminin çəkilişləri zamanı tanış olublar. Eşton Katçerlə Demi isə 2005-2013-cü illərdə ailəli olublar. 2011-ci ildə “Two and A Half Men” serialında rol alan Eşton Conla 4 il birlikdə çalışıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.