banner
banner

Sosİal

DYP: "Həftəsonu icazəsiz küçəyə çıxan sürücülər həbs oluna bilərlər"

DYP:

"Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi əlaqədar ikigünlük məhdudiyyət zamanı polis əvvəlki kimi gücləndirilmiş iş rejimində çalışacaq".

Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

O bildirib ki, yalnız qəza, xilasedici, təcili tibbi yardım avtomobilləri və fəaliyyətinə icazə verilən orqanların məhdud sayda əməkdaşlarının hərəkəti sərbəstdir:

"Həmin şəxslər isə yalnız xidməti avtomobillərlə hərəkət edə bilərlər. Yəni fəaliyyətinə icazə verilən hər hansısa şəxsin xüsusi avtomobilindən istifadəsi qadağandır. Məhdudiyyət zamanı taksi, avtobus və digər fərdi minik avtomobillərinin hərəkətinə də icazə verilmir. "İcaze.gov.az" portalında qeydiyyatdan keçən və fəaliyyətinə rəsmi icazə verilən şəxs işlədiyi müəssisənin xidməti avtomobili olmadan digər avtomobildən istifadə edə bilməz".

K.Əliyev, həmçinin qeyd edib ki, məhdudiyyət qərarı dövründə xüsusi avtomobilindən istifadə edən şəxs qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb olunacaq:

"İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinin tələblərinə uyğun olaraq fiziki şəxslər yüz manatdan iki yüz manatadək, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcəklər, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilərlər”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.