Xalq artisti Emin Ağalarov COVID-19 infeksiyasına yoluxub.
Axşam.az Rusiya mediasına istinadən xəbər verir ki, müğənni bu haqda həmkarı Yusif Eyvazovla İnstaqramda canlı yayımda olarkən deyib.
Emin bildirib ki, heç vaxt hərarəti qalxmayıb, infeksiyaya yoluxduğunu isə təxmini öyrənib:
"Səhər işə gedirdim, qəfildən asqırdım. Hiss etdim ki, qoxu bilmirəm. Sonra səhər yeməyinə yollandım. yediyim heç bir şeyin dadını hiss etmirdim".
Ağalarov daha sonra həkimə getdiyini və Covid 19 testindən keçdiyini söyləyib. Testin cavabı isə müsbət çıxıb. Həmin gündən 2 həftə karantində qalıb.
"Bu, mənim üçün yeni idi. İki həftə evdə tək oldum. Həyatımda heç vaxt 1 dəqiqə belə tək olmamışam. 40 ildə ilk dəfə özüm-özümlə tək qaldım. Bu, insanla görüşdən təəccübləndim" deyə, müğənni etiraf edib.
Emin bildirib ki, hazırda virusdan sağalıb və özünü yaxşı hiss edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.