Şoumen Beyazıt Öztürk pandemiya ərəfəsində ən çox anası üçün darıxdığını deyib.
Sənətçi anası ilə birlikdə yaşamaq üçün böyük ev axtarışına çıxıb.
Koronavirusa görə uzun müddətdir özünü evində karantinə alan Beyaz anasından ayrı qalmaq istəmədiyini açıqlayıb. Uzun illərdir tək yaşayan şoumen artıq anası ilə bir yaşayacaq.
Bağçalı və hovuzu olan villa axtaran Öztürk İspaniyada aldığı 400 min dollarlıq evini 600 min dollara satışa çıxarıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.