banner
banner

Sosİal

Bir azdan virtual son zəng başlayacaq

Bir azdan virtual son zəng başlayacaq

Bu gün 2019-2020-ci tədris ilində mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq ilk dəfə virtual şəkildə "Son zəng" təşkil olunacaq.

 

Axşam.az xəbər verir ki, ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunacaq. Daha sonra 3 ay ərzində  teledərslər vasitəsilə tədrisi davam etdirən müəllimlər “Azərbaycanım” mahnısını ifa edəcəklər.

Virtual "Son zəng"i 12 iyun saat 12:30-da “Mədəniyyət”, “ARB 24” və “REAL TV” televiziyası, eləcə də Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən, həmçinin saat 12:25-də İctimai televiziyanın efirindən izləyə bilərsiniz.

Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin  XI siniflərini 80 646 şagird bitirəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.