banner
banner

İdman

“Barselona” autsayderə qalib gəlib

“Barselona” autsayderə qalib gəlib

İspaniya La Liqasında XXIX tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 3 oyun keçirilib.

Hər üç matç autsayderlərin iştirakı ilə baş tutub. Son üç sırada qərarlaşan komandalar iddialı rəqiblərlə səfər sınaqlarına çıxıb.

“Espanyol” Çempionlar Liqasına düşmək iddiasında olan “Xetafe” ilə görüşüb. Qonaqlar bu matçdan bir xalla ayrılmağı bacarıb.

“Vilyarreal” çətinliklə də olsa “Malyorka”nın müqavimətini qıra bilib. “Leqanes” daha çətin səfər sınağına çıxıb. Çempionatın lideri “Barselona” autsayderin qapısından iki cavabsız top keçirib.

Qeyd edək ki, tura iyunun 18-də yekun vurulacaq.

İspaniya La Liqası
XXIX tur
16 iyun
“Xetafe” – “Espanyol” – 0:0
“Vilyarreal” – “Malyorka” – 1:0
Bakka, 16
“Barselona” – “Leqanes” – 2:0
Fati, 42, Messi, 69 (pen.)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.