Tanınmış fitnes məşqçisi Kamil Zeynallı dava etməsi görüntüləri yayılıb.
O, yolda avtomobilindən düşərək, bir nəfərə yumruq zərbələri endirib. Hadisə zamanı əraziyə polis əməkdaşları cəlb edilib.
K.Zeynallı dava zamanı həmin şəxsə qarşı qeyri-etik ifadələr də səsləndirib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.
Musavat.com


