Avstriya prezidenti mayın 9-da Rusiyada keçirilən Qələbə Paradında iştirak etməyəcək. Yayılan rəsmi məlumatda buna səbəb Avstriya prezidenti Haynts Fişerin başqa tədbirlərdə itşirak etməsi göstərilib. Belə ki, Fişerin mayın 8-də paytaxt Vyanada İkinci Dünya Müharibəsinin bitməsinə həsr olunan anım tədbirlərində iştirak edəcəyi bildirilib. Mayın 10-da isə dövlət başçısı Mauthauzen hərbi düşərgəsinin məhbuslarının xatirəsini yad edəcək. Xatırladaq ki, mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 70 illiyi münasibəti ilə keçiriləcək bayram mərasimlərində iştirak etmək niyyətini hələ ki, 25 ölkə başçısı təsdiqləyib. Bütövlükdə isə 68 ölkə başçısına dəvətnamə göndərildiyi bildirilib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.