banner
banner

İdman

AFFA bombardirləri mükafatlandırdı- FOTOLAR

AFFA bombardirləri mükafatlandırdı-

Premyer Liqanın XXIX turunda bu gün keçirilmiş "Xəzər Lənkəran” – "Neftçi” oyununun fasiləsində 2 yeniyetmə futbolçu AFFA tərəfindən mükafatlandırılıb.
Assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqa və U-13 Liqasının 2013/14 mövsümünün bombardirləri – müvafiq olaraq, Musa Musazadə və Tural Bayramovu təbrik edib, onlara peşəkar futbolçu karyerası qurmaq yolunda uğurlar arzulayıb. 

Nərimanoğlu hər 2 futbolçuya AFFA-nın hədiyyələrini təqdim edib. Hədiyyələr isə planşet olub.

Qeyd edək ki, Musa Musazadə ötən mövsüm U-12 Liqada 41, Tural Bayramov isə U-13 Liqasında 52 qol vurub. Hər 2 futbolçu bu uğura "Xəzər Lənkəran" komandasının heyətində nail olub.









Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.