banner
banner

Hərbİ

Ramil Usubov: “Ordunun müasir silahlarla təchizatı sahəsində çox ciddi işlər görülüb”

Ramil Usubov: “Ordunun müasir silahlarla təchizatı sahəsində çox ciddi işlər görülüb”

“Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin vaxtında orduda həm peşəkarlığın artırılması, həm müasir silahlarla təchizat, həm də sosial problemlərin həlli sahəsində çox ciddi işlər görülüb”.

“Report” xəbər verir ki, bunu Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov bildirib.

O qeyd edib ki, müstəqilliyin ilk illərində Azərbaycan Ordusunda vəziyyət heç də ürəkaçan olmayıb: “Təəssüflə qeyd etməliyəm ki, ordumuz, Silahlı Qüvvələrimiz həm kifayət qədər silah təchizatında geri qalırdı, həmçinin orduda nizam-intizam, orduda peşəkarlıq, vahid rəhbərlik faktiki olaraq çox aşağı səviyyədə idi. Bu da düşmənə qarşı mübarizədə öz mənfi təsirini göstərirdi”.

Təhlükəsizlik Şurasının katibi deyib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Ermənistan ordusuna zərbələr vurulmağa başladı: “Azərbaycan Ordusunun formalaşması suverenlik dövrümüzdə məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ordu Heydər Əliyevin rəhbərliyi ilə formalaşmağa başladı. Və qısa müddət ərzində Azərbaycan Ordusunda, Silahlı Qüvvələrdə köklü dəyişikliklər getməyə başladı, nizam-intizam yüksəldi, milli vətənpərvərlik hissi artdı, düşmənə müqavimət gücləndi və 1994-cü ilin ilk aylarında Azərbaycan Ordusu Ermənistan Ordusuna zərbələr vurmağa başladı, onların hücumunun qarşısı alındı”.

R.Usubov həmçinin Silah Qüvvələr Günü münasibətilə veteranları təbrik edib: “Veteranlarımızı bu bayram günündə təbrik edirəm. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında onların böyük xidmətləri var. Vətən yolunda, vətənin azadlığı yolunda şəhid olan insanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edirik”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.