banner
banner

Hərbİ

Prezidentin köməkçisindən ordudakı vəziyyətlə bağlı açıqlama

Prezidentin köməkçisindən ordudakı vəziyyətlə bağlı açıqlama

“Dövlətimizin başıçısını, millətimizi əmin etmək istəyirəm ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması üçün tam hazır vəziyyətdədir və əmr gözləyirlər. Bu qələbə uzaqda deyil. Biz bu qələbənin şahidi olacağıq”.

“Report” xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev bildirib.

O, 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunu, onun rəhbərliyini, şəxsi heyətini təbrik edib, ən xoş arzularını çatdırıb.

“Azərbaycan Ordusu bu gün dünya orduları sırasında ön yerlərdən birini tutur. Hərbi hissələr qürur hissi verir. Azərbaycan Ordusu ən yeni silahlarla təmin olunub. Əsgərlərin, zabitlərin, generalların əhval-ruhiyyəsi yüksək səviyyədədir. Onlar hər bir zaman Ali Baş Komandanın verdiyi əmrləri gözünü qırpmadan icra edəcəklər”, - general-polkovnik deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Ordusu Ermənistanın işğalı altında olan torpaqları azad etməyə hazırdır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.