banner
banner

Dünya

Kılıçdaroğlu Ərdoğanı təhqir etdiyinə görə- cərimələndi

Kılıçdaroğlu Ərdoğanı təhqir etdiyinə görə-

Ankara məhkəməsi Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etdiyinə görə 10 min lirə məbləğində cərimələyib.  

Cia.az-ın  “Yeni Şafak” qəzetinə istinadən verdiyi xəbərə görə, ölkə prezidentini məhkəmə iclasında təmsil edən vəkil Müəmmər Camaloğlu çıxışında iddia edib ki, Kamal Kılıçdaroğlu 2013-cü ilin yanvarın 14-də CHP fraksiyasının iclasında çıxışı zamanı o zaman baş nazir və hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri olmuş Rəcəb Tayyib Ərdoğanı təhqir edib.    

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın vəkilləri Kamal Kılıçdaroğlu barəsində iddia qaldıraraq Rəcəb Tayyib  Ərdoğana dəymiş mənəvi zərərə görə 100 min lirə məbləğində kompensasiya ödənilməsini tələb ediblər.   

 

CHP  liderinin maraqlarını təmsil edən vəkil Camal Çelik  Müəmmər Camaloğlunun çıxışının faktlara əsaslandırıldığını və ictimaiyyətin maraqlarına cavab verdiyini bildirib.  

 

Məhkəmə Rəcəb Tayyib Ərdoğanın iddiasını qismən təmin edilməsinə dair qərar verərək Kamal Kılıçdaroğlunu  10 min lirə məbləğində cərimələyib. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.