banner
banner

Hərbİ

Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlanıb VİDEO

Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlanıb VİDEO

Müdafiə Nazirliyi 26 İyun - Silahlı Qüvvələr Günü münasibəti ilə video-çarx hazırlayıb.

Video-çarxda Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi inkişaf yolundan, ölkədə ordu quruculuğu sahəsində görülən işlərdən, aparılan islahatlardan, yeni silahların alınmasından və keçirilən genişmiqyaslı təlimlərdən bəhs olunur.

Qeyd olunub ki, ordu dövlətin təhlükəsizliyin qarantıdır. Bildirilib ki, Azərbaycanda ordu quruculuğu daim prioritet məsələlərdən biri olub.

Videoda Prezident yanında Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, parlamentin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ordu quruculuğu haqqında fikirlərini bölüşüblər.

Onlar qeyd ediblər ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etməyə hazır və qadirdir.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.