İngiltərə kubokunun yarımfinalında London – Mançester dueli olacaq
İngiltərə kubokunda 1/4 final mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə 3 qarşılaşma baş tutub.
Səfərdə oynayan London təmsilçiləri minimal fərqli qələbə ilə yarımfinala adlayıb. “Çelsi” “Lester”i, “Arsenal” “Şeffild Yunayted”i üstələyib.
Digər yarımfinalçılar isə Mançesteri təmsil edəcək. Bir gün öncə qalib gələn “Mançester Yunayted”in ardınca “Mançester Siti” də 1/4 final səddini adlayıb. “Şəhərlilər” də səfərdə “Nyukasl”ı yenib.
Sonuncu oyunun fasiləsində yarımfinalın da püşkü atılıb. İyunun 18-19-da, ənənəvi olaraq Londondakı “Uembli” stadionunda, lakin bu dəfə azarkeşsiz keçiriləcək yarımfinallarda “Mançester Yunayted” – “Çelsi”, “Arsenal” – “Mançester Siti” cütləri üz-üzə gələcək.
İngiltərə kuboku 1/4 final 28 iyun “Lester” – “Çelsi” – 0:1 Barkli, 63 “Şeffild Yunayted” – “Arsenal” – 1:2 Makqoldrik, 87 – Pepe, 25 (pen.), Sebalyos, 90 “Nyukasl” – “Mançester Siti” – 0:2 De Breyne, 37 (pen.), Sterlinq, 68
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb