banner
banner

Sağlamlıq

Böyrək çatışmazlığının- SƏBƏBLƏRİ

Böyrək çatışmazlığının-

Böyrək çatışmazlığı və böyrəklə əlaqədar narahatlıq yaşayan adam sayı olduqca çoxdu. Cia.az xəbər verir ki, Türk Nefrologiya Dərnəyinin məlumatına görə ölkədə diyaliz tətbiq olunan və ya böyrək nəqli edilmiş təxminən 70 min xəstə var. Bəs böyrək çatmazlığına səbəb olan vəziyyətlər nələrdir? Hansı faktorlar bu vəziyyətə gətirib çıxarır?

Araşdırmalara görə bu vəziyyətin səbəbləri isə bu şəkildə ifadə olunur:

1- Yüksək təzyiq: Böyrək içində olan incə damarların struktur olaraq pozulmasına və bu damarlar tutulduqda yüksək təzyiqə səbəb ola bilir. Bu vəziyyət isə böyrək çatmazlığına səbəb olur. Yüksək təzyiq olub olmadığını isə sidikdəki zülal miqdarı gğstəri və sidikdə zülal nisbətini göstərən test Türkiyənin hər yerində həyata keçirilə bilir. Bu mənada evdə qolumuza taxaraq özümüzün ölçdüyü təzyiq ölçənlər hər zaman düzgün yoxlamır. Ən yaxşı sağlamlıq mərkəzlərində test etdirməkdi. 

2- Diabet: Diabet də, eynilə yüksək təzyiqdə olduğu kimi böyrək içindəki incə damarların quruluşunun pozulmasına səbəb olaraq böyrək çatışmazlığına səbəb ola bilir. Xüsusilə də, son illərdə böyrək çatmazlığın ən sıx səbəbi olan diabet xəstəliyinin görülmə nisbəti getdikcə artmaqdadı. Bu səbəblə ən yaxın sağlamlıq quruluşlarında nəzarətdə olmalı və diabet  haqqında məlumat əldə etməlisiniz. Böyrək damarları da bu vəziyyətdən mənfi təsirlənir və böyrək bədənin gözlədiyi vəzifəsini yerinə gətirə bilməz bir hal ala bilir. Xüsusilə də, damar sərtliyi artdıqca, böyrəklərin süzmə funksiyasını da yavaşlayır.

4- Çox çəkili olmaq: Çox kilo bədən üçün hər mənada sağlam olmayan vəziyyətdir. Kilonun çox olması böyrəyin içində yer alan xırda damarlarda təzyiqi artırır bu vəziyyət də sidikdən zülal keçməyinə səbəb olur. Sidikdə zülal keçməsi böyrək çatışmazlığı riskini daşıdığınız mənasını verər.

5- Siqaret vərdişi: Siqaret böyrək damarları içindəki oksigeni azaldır və qan dövranını yavaşladır. Bu vəziyyət də yüksək qan təzyiqinə səbəb olur və damarlar üzərində mənfi təsir yaradaraq böyrək çatışmazlığı riskini artırır.

6- Tək böyrəklə doğulmaq: Tək böyrək ilə də diqqət edildiyi halda sağlam bir şəkildə uzun ömür yaşamaq mümkündür. Ancaq tək böyrəklə yaşayan insanların olduqca diqqətli olmaları lazımdır, susuz qalmaq, çox duz istifadə  etmək və şüursuz dərman qəbul etmək olmaz.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.