"Valideynlərinizi həkimə aparın" - Anası xərçəng olan müğənni
Müğənni Teylor Sviftin anası xərçəg xəstəliyinə tutulub.
Axşam.az-ın billboard.com-a istinadən məlumatına görə, o, bu barədə Tumbir sosial şəbəkəsində paylaşım edərək fanatlarını diqqətli olmağa çağırıb:
"Hər zaman həyatımın şad günlərini sizinlə paylaşmışam. Bu dəfə ailəmlə bağlı üzücü bir xəbər verəcəyəm. Yeni il ərəfəsində anamdan xahiş etdim ki, mənə hədiyyə kimi həkim müayinəsinə getsin. Mən və qardaşım əmin idik ki, heç bir ciddi xəstəlik yoxdur. Lakin nəticələr əlimizə çatanda məlum oldu ki, anam xərçəngdir.
Mən bunu mediaya sızdırmamağı və müalicəni gizli şəkildə aparmağı təklif etdim. Lakin onun fikrincə, siz bunu bilməlisiniz. O, düşünür ki, sizin də valideynləriniz işlərinin çoxluğuna görə həkimə getməyə vaxt tapa bilmirlər. Ancaq siz onları mütləq həkim müayinəsi üçün razı salmalısınız. Həkimə getməyə gecikməyin".
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.