banner
banner

Gündəm

Xavi "Barselona"nın baş məşqçisi olacaq

Xavi "Barselona"nın baş məşqçisi olacaq

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Xavi Ernandes komandanın baş məşqçisi olacaq.

"Report" xəbər verir ki, bu barədə "Mundo Deportivo"nun jurnalisti Fransesk Agilar məlumat verib.

Qətərin "Əl Sadd" komandasına rəhbərlik edən 40 yaşlı mütəxəssis mövsüm başa çatanda hazırkı baş məşqçi Kike Setyeni əvəzləyəcək.

Kataloniya təmsilçisinin prezidenti Xosep Bartemeu Xavi ilə danışıqlardan əvvəl futbolçularla məsləhətləşib.

Qeyd edək ki, Xavi Ernandes 1998 - 2015-ci illərdə "Barselona"nın formasını geyinib. İspaniya millisinin sabiq üzvü klubla müxtəlif titulların sahibi olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.