banner
banner

Dünya

Partlayışlar davam edir: Ərdoğandan təcili qərar - Video

Partlayışlar davam edir: Ərdoğandan təcili qərar - Video

Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikində partlayış olub.

Axar.az xəbər verir ki, partlayış güclü olduğundan səsi 40 kilometr uzaqlıqdan eşidilib. Hadisənin başvermə səbəbləri bəlli deyil.

Bölgəyə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 3 naziri Sakaryada partlayış baş verən bölgəyə göndərir.

Daxili İşlər naziri Süleyman Soylu, Səhiyyə naziri Fəxrəddin Qoca və Ailə, Əmək və Sosial Xidmətlər naziri Zəhra Zümrüd Səlcuq Sakaryaya yola düşüb.

Bundan başqa, Sakarya valisi Çətin Oqtay Qaldırım fabrikin ətrafında təhlükəsizlik tədbirlərinin aparıldığını deyib:

“Partlayış davam etdiyi üçün müdaxilə edə bilmirik. Fabrikin sahibindən əldə edilən məlumata görə, içəridə təxminən 150-200 nəfər var”.

***

Türkiyənin Sakarya şəhərinin Xəndək qəsəbəsindəki fişəng fabrikindəki partlayış nəticəsində 2 nəfər ölüb, 73 nəfər yaralanıb.

Bu barədə Xəndək bələdiyyə sədri Turqut Babaoğlu məlumat verib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.