"Napoli" qalib gəlib, "İnter" "Bolonya" ilə bacarmayıb
İtaliya A seriyasında XXX turun son oyunları keçirilib.
Apasport.az saytının məlumatına görə, günün ilk matçında "İnter" "Bolonya"nı qəbul edib.
"Neradzurra" qalib gələcəyi təqdirdə, 2-ci pillədəki "Latsio"ya yaxınlaşacaqdı. Lakin milanlılar qələbə hesabını qoruya bilməyib və meydanı məğlub tərk edib.
Əvəzində "Atalanta" "Kalyari" səfərindən yeganə qol sayəsində 3 xalla dönərək, "İnter"lə aradakı xal fərqini 1-ə endirib.
Avropa Liqasına vəsiqə uğrunda mübarizə aparan "Napoli" ilə "Roma"nın duelindən isə birincilər sevinən tərəf olub.
Qeyd edək ki, A seriyasında növbəti - XXXI turun görüşləri 7-9 iyul tarixlərində keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb