banner
banner

İdman

"Real" və "Barselona" səfərdə 3 xal qazanıb

"Real" və "Barselona" səfərdə 3 xal qazanıb

İspaniya La Liqasında XXXIV tur davam edir.

Apasport.az saytının məlumatına görə, liderlər "Real" və "Barselona" çətin səfər matçına çıxıblar.

"Kral klubu" Bilbaoda "Atletik"lə üz-üzə gəlib. Madridlilər ardıcıl ikinci dəfə kapitan Serxio Ramosun penaltidən vurduğu yeganə qol sayəsində qələbə qazanaraq, çempionluq yolunda daha bir önəmli addım atıblar.

"Barselona" isə Çempionlar Liqasına vəsiqə uğrunda yarışan "Vilyarreal"la görüşdən qalibiyyətlə ayrılıb.

Tur iyulun 6-da keçiriləcək "Levante" - "Real Sosyedad" (21:30) və "Sevilya" - "Eybar" (00:00) oyunu ilə başa çatacaq.

İspaniya La Liqası
XXXIV tur
5 iyul
"Atletik" - "Real" - 0:1
Ramos, 73
"Espanyol" - "Leqanes" - 0:1
Silva, 53
"Osasuna" - "Xetafe" - 0:0
"Vilyarreal" - "Barselona" - 1:4
Moreno, 14 - Torres, 3 (avtoqol); Suares, 20; Qrizmann, 45, Fati, 87

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.