Əməkdar artist Könül Kərimova yeni görünüşü ilə izləyicilərini təəccübləndirib.
Axşam.az xəbər verir ki, müğənninin üzündə bir çox dəyişikliklər etdirməsi diqqətdən qaçmayıb.
O, burnunu əməliyyat etdirməklə yanaşı üzünə də bəzi plastik müdaxilələr etdirib. Kərimovanın dəyişimi "55" proqramına qonaq olarkən aparıcı Zaur Kamalı da təəccübləndirib.
Müğənninin İnstaqramda paylaşdığı fotosu da müzakirələrə səbəb olub. O, əməliyyatla bağlı yazılan şərhlərin qarşısını almaq üçün şərh bölümünü bağlayıb.
Qeyd edək ki, bir müddət əvvəl sənətçinin əməliyyatdan sonra burnu sarıqlı olarkən fotosu yayılmışdı. Köməkçisi isə xəbəri təkzib edib, onun köhnə şəkil olduğunu söyləyib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.